Rusiyada DƏHŞƏT: 4 nəfər diri-diri yanıb öldü

Rusiyada DƏHŞƏT: 4 nəfər diri-diri yanıb öldü

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxa Respublikası (Yakutiya) üzrə Baş İdarəsi məlumat yayıb.

Yanğın Pionerskaya küçəsində yerləşən ikimərtəbəli evdə baş verib. Hadisə nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan iki mənzil yanıb.

Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən verilən məlumata görə, təxliyyə aparılmayıb, bütün sakinlər yanğınsöndürmə bölmələri gələnə qədər özbaşına ərazini tərk ediblər. Yanğının söndürülməsinə 71 nəfər və 17 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin 56 nəfər şəxsi heyəti və 13 texnikası cəlb olunub.

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, yanğının başvermə səbəbini və günahkarını müəyyənləşdirir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 12 =