Müqavimət qruplarının iclaslarında sionist rejimin təcavüzünə cavabın araşdırılması

Müqavimət qruplarının iclaslarında sionist rejimin təcavüzünə cavabın araşdırılması

HƏMAS hərəkatının liderlərindən biri deyib: Fələstin müqavimət qrupları sionist rejimin Məscidül-Əqsaya qarşı təcavüzünə cavabı araşdırmaq məqsədi ilə davamlı iclaslar keçirir.

  HƏMAS hərəkatının liderlərindən olan Muşir Əl-Misri bildirib ki, Fələstin müqavimət qrupları Məscidül-Əqsaya dəfələrlə edilən hücumlara və sionist baş nazir Benyamin Netanyahunun ekstremal kabinetinin üzvünün Məscidül-Əqsanın zirzəmisində davamlı toplantılar keçirirməsinə cavab verməyə hazırlaşır.

Həmçinin HƏMAS-ın sözçüsü Hazim Qasim Fələstin xalqının Qüdsün azad edilməsi üçün mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Qasim Twitter hesabında yazıb: “Benyamin Netanyahu Qüdsün yəhudiləşdirilməsi uğrunda müharibənin bitmədiyini deyir! Biz isə deyirik ki, Fələstin xalqı Qüdsün azad edilməsi üçün qanuni mübarizəsini davam etdirir.”

 “Rəy Əl-Yəvm” qəzetinin məlumatına görə, Qasim həmçinin yazıb: “Fələstin xalqı Qüdsün kimliyi uğrunda döyüşdə mütləq qalib gələcək, çünki bu, xalqın haqqı, torpağı, tarixi və məkanıdır.”

Bazar günü (dünən) sionist rejimin ifrat etnik təhlükəsizlik naziri “İtmar Ben Quyer” kabinetdə nazir vəzifəsini tutduqdan sonra ikinci dəfə bir sıra sionist mühacirlər ilə birlikdə Əl-Əqsa məscidinin həyətlərinə qanunsuz daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − 1 =