Qəzzədə üç israilli casus edam cəzasına məhkum edilib

Qəzzədə üç israilli casus edam cəzasına məhkum edilib

Qəzzənın hərbi məhkəməsi sionist rejim üçün casusluqda təqsirli bilinən 3 nəfəri edam cəzasına məhkum edib.

Fələstinin Qəzzədəki Daxili İşlər Nazirliyi hərbi məhkəmənin sionist rejimin üç casusunu ölümə, bir nəfəri isə ömürlük həbsə məhkum etdiyini açıqlayıb.

Bu hökmə əsasən, 25 noyabr 2015-ci ildə həbs edilən Şimali Qəzzə vilayətindən olan N. A adlı şəxs edam cəzasına məhkum edilib. 1997-ci ildə Beyt Hanun keçidindən keçərkən o, sionist rejimin kəşfiyyatçıları ilə əməkdaşlığa cəlb olunub və bu əməkdaşlığın müqabilində işğal olunmuş ərazilərdə işləmək üçün icazə alıb.

Qeyd olunanlar sionist rejimin kəşfiyyatçılarına müqavimət qüvvələri, onların telefon nömrələri və məskunlaşdıqları yerlər, eləcə də tunellərin və rabitə şəbəkələrinin yerləşdiyi yerlər barədə məlumat verib, nəticədə bu yerlərin bir çoxu hədəfə alınıb və çox sayda fələstinli şəhid oldu.

 “Şahab News” saytının xəbərinə görə, Qəzzənin hərbi məhkəməsi Xan Yunisdən A. Q adlı daha bir şəxsə də ölüm hökmü çıxarıb. O, 2018-ci il noyabrın 28-də həbs edilib. 2000-ci ildə işğal olunmuş torpaqlardan qayıdarkən işğalçı rejimin kəşfiyyatçıları tərəfindən yaxalanaraq onlarla əməkdaşlığa başlayıb və müqavimət qüvvələri, onların işinin mahiyyəti, mobil telefon nömrələri və onların yaşayış yerləri barədə sionist rejimin kəşfiyyatçılarına məlumat verib.

O, həmçinin sionist rejimin kəşfiyyatçılarının tələbi ilə Qəzzədə avtomobil salonu açıb və dinləmə ilə təchiz edilmiş avtomobilləri xaricdən gətirib və sonra müqavimət qüvvələrinə satıb.

Məhkəmə Xan Yunisdən A. T adlı daha bir şəxsə də ölüm hökmü çıxarıb. 2011-ci ildə o, işğalçı rejimlə əməkdaşlığa cəlb olunub və xüsusilə 2012 və 2014-cü illərdə Qəzzəyə qarşı iki müharibə zamanı bu rejimə təhlükəsizlik və hərbi məlumat verib.

Bu xəbərə əsasən, daha bir şəxs sionist rejim üçün casusluq etdiyi üçün ömürlük həbsə məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − eleven =