İldırım vurması nəticəsində həlak olan hərbçiyə şəhid statusu veriləcək – RƏSMİ
Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə apa-ya Müdafiə Nazirliyindən bildirilib.
“Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək”, – qurumdan bildirilib.
BAKU.WS