Əsirlikdən xilas olanda hədiyyə etdiyi saatı 6 milyona satıldı

Əsirlikdən xilas olanda hədiyyə etdiyi saatı 6 milyona satıldı

Çin ipmeratoru Aisin-Gioro Puyiyə (hakimiyyət illəri 1908-1912 ) aid qol saatı hərracda rekord qiymətə satılıb. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, “Patek Phillip” brendinə aid aksessuar Hong Kong-da alıcılara təqdim edilib. 

Asiyalı kolleksiyaçı bahalı saatı 6.2 milyon dollara (10 milyon 500 min AZN) əldə edib. Mütəxəssislərin sözlərinə görə, bu, rekord qiymət hesab edilir.

İkinci Dünya Müharibəsində Puyi əsir düşür və saatı rusiyalı tərcüməçi Georgy Permyakova hədiyyə edir. 3 illik araşdırmadan sonra saatın Çin imperatoruna aid olduğu təsdiqlənir. 

Permyakov 2001-ci ildə verdiyi müsahibəsində Puyinin əsirlikdən xilas olub öz ölkəsinə göndərilən zaman bu saatı ona hədiyyə etdiyini bildirib. 

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 5 =