Moskva görüşü: Putin Əliyevlə Paşinyan üçün hansı sənədi hazırlayıb?

Moskva görüşü: Putin Əliyevlə Paşinyan üçün hansı sənədi hazırlayıb?



Birincisi,
 xarici işlər nazirlərinin Moskva görüşündə gündəmə gələn və Vaşinqtondakı “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli sazişə alternativ kimi irəli sürülən, əslində isə “adqoyma mərasimi”nin davamı olan “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinin liderlər səviyyəsində razılaşdırılmasına, bu razılığın “niyyət anlaşması” formasına salınmasına çalışa bilər: bu, Qərb platformasında danışıqların davam etdiyi vaxt sülh sazişində “rus imzası”nın əks olunması məqsədi daşıyr;

İkincisi, görüş üçtərəfli razılaşmaların alternativinin olmadığının təsdiqi üzərindən qurula bilər, hərçənd, burada da yeniliklər görə bilərik, xüsusilə razılaşmalar müəyyən korrektlərlə yenidən gündəmə gələ bilər.

Üçtərəfli razılaşmalarda Ermənistanın qarşı çıxdığı əsas məsələ kommunikasiyanın açılmasında Zəngəzur dəhlizi amilidir: bu, bəyanatda Naxçıvana “maneəsiz keçid” olaraq əksini tapsa da, İrəvan yola “nəzarət-keçid məntəqəsi”nin qurulmasını istəyir və bu məsələ həm də Qərb ölkələrinin Rusiyanın vasitəçiliyinə alternativ olaraq bölgəyə girişi üçün açıq qapı rolunu oynayır;

– Moskva təşəbbüsü ələ almaq və prosesi irəliyə aparmaq üçün Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı hər iki tərəfin uzalaşa biləcəyi formada korrekt edə bilər, görüşdən öncə nəqliyyat kommunikasiyaların açılması üzrə işçi qrupunun müzakirələr aparması da bunun mümkünlüyünü önə çıxarır;
– Bakının Laçına post qurması da “hər iki dəhlizin eyni rejimdə işləməsi” məsələsini önə çıxarıb və Rusiyanın Qərb platformasında gündəmə gələn, onun vasitəçiliyinə risk yaradan bu məsələdə də təşəbbüsü ələ almaq istiqamətində addım atması istisna deyil;
– Bu məsələdə korrektlərin Zəngəzur dəhlizində erməni postu qurulsa belə, müəyyən daşımalarda və keçidlərdə güzəştlərin tətbiqi çərçivəsində olması mümkündür;


Bu prosesdə rəsmi Bakının Laçına post qoymaqla masada Azərbaycan ərazisi ilə bağlı müzakirəni “Ermənistan ərazisi” ilə dəyişdirməsi də xüsusilə diqqət çəkir. Görüşdə Bakının Rusiyanın sülh sazişində “hakim” olmaq istəyinə qarşı erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılması məsələsini irəli sürəcəyi də gözləniləndir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + nineteen =