Moskva masasındakı sənədlər: Görüşdən öncə baş verənlərin pərdəarxası

Moskva masasındakı sənədlər: Görüşdən öncə baş verənlərin pərdəarxası



Publika.az 
xəbər verir ki, görüşdə sülh sazişi ilə bağlı niyyət protokolunun imzalanacağı, yaxud kommunikasiyanın açılması ilə bağlı ayrı, sülh sazişi üzrə ayrı bir sənədin imzalanacağı məlumatları var.

Ermənistan və Rusiya mediası görüşlə bağlı müxtəlif informasiyalar tirajlayır.

“Hraparak” nəşri Moskvanın əlində bir neçə variantın olduğunu iddia edir.

“Moskva üçün məsələ İrəvan, yaxud Bakının maraqları yox, Cənubi Qafqazdakı maraqlarıdır. Belə görünür, İrəvanın maraqları arxa plana keçib. Rusiya xarici İşlər Nazirliyinin “biz vasitəçiyik, Qarabağ məsələsi Ermənistanın məsələsidir” açıqlaması da bunu deməyə əsas verir. Bu gün Moskvada sənəd imzalansa, deməli, Qərb də prosesə loyal yanaşır”, – nəşr yazır.

“Kommersant” nəşri diplomatik mənbələrə istinadən görüşdə ən azı iki üçtərəfli sənədin imzalanacğını yazır.

“Bunlardan biri kommunikasiyanın açılmasıdır. Görüşdən öncə nəqliyyatın blokadadan çıxarılması üzrə işçi qrupunun müzakirələri də bu yöndə idi. Bakı üçün Naxçıvana çıxış prinsipial məsələdir. Digər sənəd isə XİN rəhbərlərinin üçtərəfli qaydada sülh sazişinə dair hazırladıqları layihədir”, – nəşr mənbələrə istinadən diqqət çatdırır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =