Cənubi Koreya və ABŞ Şimali Koreya ilə sərhəddə təlim keçirib

Cənubi Koreya və ABŞ Şimali Koreya ilə sərhəddə təlim keçirib

Cənubi Koreya və ABŞ Şimali Koreya ilə sərhəd yaxınlığında genişmiqyaslı atış təlimləri keçirib.

APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Agentliyin sözlərinə görə, Cənubi Koreya və ABŞ hərbçiləri bu gün Cənubi və Şimali Koreya sərhədindən 25 km cənubda yerləşən ərazidə indiyə qədər baş tutmuş ən irimiqyaslı atış təlimləri keçiriblər.

Bildirilib ki, təlimlərdə 2 500 hərbçi və 600-ə yaxın texnika iştirak edib.

Cənubi Koreya K2 əsas döyüş tankları, K21 piyada döyüş maşınları, F-35 qırıcı-bombardmançıları, E-737 erkən xəbərdarlıq və nəzarət təyyarələri, AH-64 və AH-1S hücum helikopterləri, K9A1 özüyeriyən haubitsaları, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və dron-kamikadzelərdən istifadə edib.

ABŞ isə M270A1 universal buraxılış qurğuları, M1135 radiasiya, kimyəvi və bioloji kəşfiyyat maşınları və AH-64 helikopterləri göndərdi.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 13 =