Sionistlər İordan çayının qərb sahilindəki Əqəbə Cəbr düşərgəsinə hücum edib

Sionistlər İordan çayının qərb sahilindəki Əqəbə Cəbr düşərgəsinə hücum edib

Fələstin mediası sionist qüvvələrin İordan çayının qərb sahilindəki Əqəbə Cəbr düşərgəsinə hücumu və 8 fələstinlinin yaralanması barədə məlumat yayıb.

Sionistlərin sözügedən düşərgəyə hücumundan sonra sionist əsgərlərin güllələrindən 8 fələstinli yaralanıb.

Yerli mənbələr sionist qüvvələrin hərbi maşınlarla 30-a yaxın evə hücum etdiyini, onları mühasirəyə aldığını, mülkləri və evlərdə axtarış aparıb əşyaları zədələdiyini, fələstinlilərə təzyiq göstərdiyini açıqlayıb.

Yerli mənbələr həmçinin sionist qüvvələrin bu bölgədə mühasirədə olan evlərdən birinə raket atdığını bildiriblər.

Sionist əsgərlər jurnalistlərin xəbərləri işıqlandırmasına mane olub və onları həbs edərək hadisə yerini tərk etmələrinin qarşıını alıblar. İsrail hərbi buldozeri Əqəbə Cəbr düşərgəsində bir evin istinad divarını dağıdıb.

Digər tərəfdən, cümə axşamı sionist qüvvələr İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edib və bu hücum zamanı çoxlu sayda fələstinlini həbs ediblər.

Fələstinli Məhbuslar Klubu sionist qüvvələrin İordan çayının qərb sahilində bir sıra şəhər və məhəllələrə hücum etdiyini və bu zaman çoxlu sayda fələstinlinin həbs edildiyini açıqlayıb.

Bu, son 10 gündə sionist qüvvələrin Əqəbə Cəbr düşərgəsinə ikinci genişmiqyaslı hücumudur.

Fələstin mənbələri həmçinin sionist rejim qüvvələrinin Ceninin cənubundakı “Qəbatiyyə” qəsəbəsinə basqını və müqavimət gəncləri ilə işğalçılar arasında birbaşa toqquşmaların baş verməsini xəbər veriblər.

Fələstin Səhiyyə Nazirliyi çərşənbə günü elan edib ki, bir neçə gün əvvəl sionist işğalçı qüvvələrin Nablus şəhərinə hücumu zamanı sionistlər tərəfindən vurulan 15 yaşlı fələstinli yeniyetmə Abdullah Əd-Dəxil şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − three =