Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Çiba prefekturasının sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Yaponiya Milli Meteorologiya İdarəsi sunami təhlükəsinin olmadığını bildirib.

Tokionun şərqində yerləşən bölgədə güclü zəlzələ ilə bağlı xəbərdarlıq sistemi işləyib və bütün telekanallar müvafiq mesajlar yayımlayıblar. Tokioda təxminən bir dəqiqə ərzində güclü təkanlar hiss olunub, evlərdə mebel yırğalanıb.

Yeraltı təkanların mənbəyi təxminən 50 km dərinlikdə olub. İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 7 =