Sionistlər tərəfindən güllələnən fələstinli gənc şəhid olub

Sionistlər tərəfindən güllələnən fələstinli gənc şəhid olub

Hebronun cənubunda bir sionist qəsəbə sakini fələstinli gənci güllələyib və onu öldürüb.

Bir sionist hərbçi bu gün səhər (cümə) Hebronun cənubundakı “Tina Ovmərim” qəsəbəsi daxilində bir fələstinli gənci qətlə yetirib.

Ərəb 48 internet saytının məlumatına görə, bu gənc fələstinli “Tina Ovmərim” qəsəbəsinə daxil ola bilib. Sionist əsgərlər onun varlığından xəbərdar edildikdən sonra qəsəbədə həyəcan təbili çalınıb və sionist sakinlərdən evlərini tərk etməmək istənilib.

Eyni zamanda bir sionist hərbçi bu fələstinli gəncə atəş açıb və iddia edib ki, o, sinaqoqdakı iştirakçılara bıçaqla hücum etməyi planlaşdırırmış.

Bu gənc fələstinlinin şəhadətindən sonra İsrail əsgərləri digər insanların da qəsəbəyə daxil ola bilmə ehtimalı ilə fövqəladə vəziyyət elan edərək giriş-çıxış qapılarını bağlayıb qəsəbədə patrul xidməti həyata keçirib.

İordan çayının qərb sahilinin cənubundakı Hebronda 22 sionist qəsəbəsi və 4 sənaye qəsəbəsi salınıb ki, bunların hamısı BMT qanunlarına görə qeyri-qanuni və bariz işğal nümunələridir. Bu qəsəbələrdə 22 min sionist yaşayır.

Ərəb 48 saytının məlumatına görə, bugünkü hadisə ilə bu ilin əvvəlindən bu yana fələstinli şəhidlərin sayı 161-ə çatıb ki, onlardan 26-sı uşaqdır və 36-sı da Qəzzə sakinlərdəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 17 =