Ötən həftə 185 müqavimət əməliyyatı keçirilib və 12 sionist yaralanıb

Ötən həftə 185 müqavimət əməliyyatı keçirilib və 12 sionist yaralanıb

Fələstin mənbələri işğal altındakı Qüds və İordan çayının qərb sahilində keçən həftəki müqavimət əməliyyatlarının statistikasını açıqlayıb.

Mehr xəbər agentliyinin Əhd internet saytına istinadən verdiyi məlumata görə, işğal altındakı Qüds və İordan çayının qərb sahilində son bir həftə ərzində (19 maydan 25 may tarixinə kimi) müqavimət əməliyyatları davam edib və bu 7 gün ərzində 185 anti-sionist əməliyyat keçirilib.

Nəticədə bu müqavimət əməliyyatlarında üç fələstinli şəhid olub və onlar Məhəmməd Bilal Əbu Zeytun, Fəthi Rizq və Abdullah Əbu Həmdan adlı üç nəfər Nablus şəhərindəki Bəlatə düşərgəsindən olan fələstinli döyüşçülərdir.

Bu müqavimət əməliyyatlarında 12 mühacir və sionist əsgərlər də yaralanıb. Bu əməliyyatlar arasında İsrail əsgərləri və köçkünlərə qarşı 24 atışma əməliyyatı keçirilib.

Sionist rejimin əsgər və patrullarına 7 əldəqayırma partlayıcının atılması fələstinlilərin son bir həftədə həyata keçirdiyi digər əməliyyatlardan biridir.

Fələstin Statistika Mərkəzi də son 24 saat ərzində Qüds və İordan çayının qərb sahilində ikisinin atışma olmaqla 19 müqavimət əməliyyatı keçirildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =