HƏMAS mühacirlərə qarşı fələstinlilərə beynəlxalq dəstək verilməsinə çağırıb

HƏMAS mühacirlərə qarşı fələstinlilərə beynəlxalq dəstək verilməsinə çağırıb

Sionist mühacirlərin Ramullahın şərqindəki kəndlərə hücumu və fələstinlilərin əkin və əmlakının məhv edilməsinə cavab olaraq, Həmas hərəkatı fələstinlilərə beynəlxalq dəstək istəyib.

HƏMAS hərəkatı vurğulayıb ki, sionist mühacirlərin Ramullah şəhərinin şərqindəki Əl-Muğeyr qəsəbəsinə təcavüzü və günahsız fələstinliləri yaralaması, onların mal və əkinlərini məhv etməsi Nablus yaxınlığındakı Bərqa kəndində baş verənlərə bənzər hücumdur.

HƏMAS həmçinin Fələstin xalqına kömək etmək üçün ərəb və beynəlxalq mövqenin qəbul edilməsini, işğalçı rejimin pislənməsini və cinayət törətməkdə, adət-ənənələri və beynəlxalq müqavilələri pozmaqda ittiham olunan liderlərinin cəzalandırılmasını tələb edib və əlavə edib ki, sionistlərin bu təcavüzləri regionda sülh və təhlükəsizliyi təhdid edir.

 “Şahab News” saytının xəbərinə görə, HƏMAS hərəkatı vurğulayıb ki, işğalçı rejimin faşist kabinetinin dəstəyi ilə İordan çayının qərb sahilində Fələstin millətinə qarşı mühacirlər tərəfindən həyata keçirilən təcavüz və terrorun məqsədi yəhudilərin şəhərsalma layihələrini həyata keçirmək üçün bu ərazilərin əsas sakinlərini köçürməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =