Rəsmi şəxs telfonuna görə, tonlarla suyu boşuna axıtdı -İşdən qovuldu

Rəsmi şəxs telfonuna görə, tonlarla suyu boşuna axıtdı -İşdən qovuldu

Publika.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilir ki, yerli qida müfəttişi Rajesh Vişaşa məxsus mobil telefonu götürmək üçün Paralkot su anbarından 2 milyon litrdən çox su boş yerə axıdılıb.

Hadisə belə olub. Vişvas Hindistanın mərkəzi Çxarttisqar əyalətindəki mənzərəli bir yerdə selfi çəkərkən telefonu əlindən sürüşüb içməli su anbarına düşüb. O isə su anbarında işləyən şəxslərdən xahiş edib ki, onun telefonunu götürsünlər, lakin suyun həcmi çox olduğundan onlar buna nail ola bilməyiblər. Bu zaman Vişvaş səlahiyyətindən istifadə edərək, anbardakı suyun boşaldılmasını tələb edib. Bildirib ki, o, bunun üçün yuxarıdan rəsmi icazə alıb. Bəhanəsi isə guya suyun “istifadəyə yararsız” olması olub.

Hadisə araşdırıldıqdan sonra məlum olub ki, o, bu işi görərkən heç bir icazə almayıbmış. Və içməli su problemi yaşanan bir dövrdə tonlarla suyu bir telefon üçün məhv edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − one =