Kolumbiyada 5,3 bal gücündə zəlzələ baş verib
Kolumbiyanın şimalında 5,3 bal gücündə zəlzələ baş verib.
APA bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.
Yeraltı təkanlar yerli vaxtla saat 10:45-də qeydə alınıb. Zəlzələnin episentri 250 min nəfər əhalisi olan Floridablanka şəhərindən 42 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 168 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Apa.az