Xırdalanda yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib

Xırdalanda yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib

Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 p.m kabel yanıb.

Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa faraları və buferi əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Avtomobilin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 11 =