Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb

Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb

Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Kristal Zalındakı yarışlar saat 09:00-da başlayıb.

Bu gün Azərbaycan millisinin bir üzvü dayanq üzərinə çıxacaq. 68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev 1/32 finalda Solomon Tefera (Efiopiya) – Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Mundialın ilk günündə kişilər 68 kq, qadınlar isə 57 kq-da qüvvəsini sınayacaqlar. Çəkilər üzrə kişilərin yarışında 87, qadınlarda 59 idmançı olacaq.

Qeyd edək ki, 29 may – 4 iyun tarixlərində baş tutacaq sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində çıxış edəcək.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =