Liviyada prezident və parlament seçkilərinin keçirilməsinin tarixi barədə razılıq əldə edilib
Liviyada “6+6” Komitəsi prezident seçkisinin 2024-cü ilin yanvarında keçirilməsinə dair razılıq əldə edib.
“Report” xəbər verir ki, bu barədə yerli “Al-Hadas” telekanalı məlumat yayıb.
Bildirilib ki, Komitə 2023-cü ilin dekabrında Liviyada parlament seçkilərinin keçirilməsi barədə razılığa gəlib.
Xatırladaq ki, “6+6” Komitəsinə Liviyanın Ali Dövlət Şurasının və Nümayəndələr Palatasının (birpalatalı parlament) üzvləri daxildir. Komitə 2023-cü ilin mart ayında yaradılıb. Dövlət Şurası və Parlament Komitəyə 12 nümayəndə həvalə edib.
Report.az