İngiltərə Premyer Liqasında mövsümün məşqçisi məlum oldu

İngiltərə Premyer Liqasında mövsümün məşqçisi məlum oldu

İngiltərə Premyer Liqasında 2022/23 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

Turnirin rəsmi saytının yaydığı məlumata görə, “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola bu ada layiq görülüb.

İspaniyalı mütəxəssis dördüncü dəfə mövsümün məşqçisi seçilib. O, daha əvvəl 2017/18, 2018/19 və 2020/21 mövsümlərində də bu mükafata sahib çıxıb.

Hərəyə üç dəfə mükafatı qazanan Arsen Venger və Joze Mourinyonu geridə qoyan Qvardiola yalnız Ser Aleks Fergüsondan geri qalır. “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı 11 dəfə mövsümün məşqçisi seçilib.

Qeyd edək ki, “Mançester Siti” bu mövsüm İngiltərə çempionu olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − twelve =