Maaş gecikirsə, hər gün üçün əlavə pul ala bilərsiniz-Video

Maaş gecikirsə, hər gün üçün əlavə pul ala bilərsiniz-Video

Konstitusiya Məhkəməsi fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi ilə bağlı qərar qəbul edəndən sonra belə ödənişlərin necə alınmasını da aydınlaşdırıb.

Belə ki, qərara əsasən, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

Məsələ ilə bağlı, deputat Vüqar Bayramov feysbuk hesabında qeyd edib ki, reallıqda əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər. İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir.

İqtisadçı ekspert Rəşad Həsənov isə Azərbaycanın əmək bazarında ciddi problemlər olduğunu qeyd edib.

Onun sözlərinə görə, heç bir ölkədə məşğul əhalinin yalnız 35%-nin əmək müqaviləsinin olması müşahidə edilmir.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, işverənin məsuliyyətsizliyi səbəbindən və ya vəsait olduğu halda qəsdən əmək haqqı gecikdirilərsə, bu müəssisəyə cərimə tətbiq edilməsinə əsas verir.

Hüquqşünas Şamil Paşayev isə qeyd edib ki, vətəndaş əmək haqqı gecikdiyi halda çalışdığı müəssisəyə mütləq iradını bildirməlidir.

Əmək Müfəttişliyi tərəfindən işçinin hüquqları müdafiə olunmadıqda isə məsələnin həlli üçün məhkəməyə müraciət edilməlidir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =