Görüş başladı: Nikol saatlar sonra bu sənədə imza atacaq

Görüş başladı: Nikol saatlar sonra bu sənədə imza atacaq



Ermənistanda hesab edirlər ki, İlham Əliyev öz gündəliyini beynəlxalq müstəvidə qəbul etdirib və bu görüşün nəticəsini də öncədən həll edib.

Publika.az xəbər verir ki, erməni ictimai xadim Henrix Danielyan Kişinyovda Paşinyanın növbəti təslimiyyətə imza atacağını hesab edir.

“ABŞ açıq şəkildə Əliyevə dəstəyini ifadə etdi və beynəlxalq oyunçular sülh sazişinin Bakının gündəliyinə əsasən imzalanmasını tələb edirlər. Kişinyovda yeni şərti təslimiyyət hazırlanır və Paşinyan bu sənədə imza atacaq”, – o deyib.

Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə amnistiya çağırışının ABŞ tərəfindən dəstəklədiyinə diqqət çəkən Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi olaraq şifahi şəkildə tanıyıb, tezliklə, bunu yazılı şəkildə tanıyacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 12 =