Nazir: İran iyulda ŞƏT-in tamhüquqlu üzvü olacaq
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyümüz iyulda yekunlaşacaq.
APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian yerli mediaya müsahibəsində deyib.
“İyulda Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olacağıq”, – diplomat qeyd edib.
Qeyd edək ki, ŞƏT-in növbəti sammiti iyulun 4-də Hindistanda keçiriləcək.
Apa.az