Hizbullahın güclü quru qüvvələri var: Tel-Əviv “Rizvan bölməsi”ndən qorxudadır

Hizbullahın güclü quru qüvvələri var: Tel-Əviv “Rizvan bölməsi”ndən qorxudadır

Sionist rejimin mediası və analitikləri etiraf ediblər ki, Livan Hizbullahının Əl-Cəlili işğal etməyə hazırlaşan güclü quru qüvvələri var və bu məsələ Tel-Əvivi narahat edib.

Mehr xəbər agentliyinin Fələstinin Əl-Yəvm xəbər saytına istinadən verdiyi məlumata görə, İbrani mediası etiraf edib ki, Livanın İslami müqaviməti “Hizbullah” çox güman ki, “Əl-Cəlil”i işğal etmək üçün hazırlanmaqda olan güclü quru qüvvələrinə malikdir.

Siyasi analitik və sionist jurnalist Yoni Bin Menahem də çıxışında deyib: Nəhəng raket arsenalına əlavə olaraq, Hizbullah Əl-Cəlili işğal etmək üçün təlim keçən güclü quru qüvvələrinə malikdir və bu quru qüvvələri “Rizvan” adlanır.

O, davam etdi: “Rizvan” briqadasına təxminən 11 batalyon daxildir ki, onlar İsrail hərbi mərkəzlərini və yaşayış məntəqələrini işğal etməyi, sionist mühacir və əsgərləri qaçırmağı planlaşdıran xüsusi birliklərdir.

Sionist analitik həmçinin deyib: Hizbullah son vaxtlar “Rizvan briqadası”nın üzvlərini yerləşdirməklə Livanın işğal olunmuş Fələstinlə sərhədlərini gücləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =