Kişineu görüşünün pərdəarxası: Sülh sazişi Brüsseldə müzakirə olunacaq, bu ölkədə imzalanacaq

Kişineu görüşünün pərdəarxası: Sülh sazişi Brüsseldə müzakirə olunacaq, bu ölkədə imzalanacaq

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Amid Əliyev deyib.

Politoloq bilidirib ki, axırıncı dəfə Fransanın həyata keçirdiyi təxribat əməllərindən sonra bu ölkə yenidən görüşə qatıldı və çox güman ki, Azərbaycanın istəyi ilə Almaniya burada Fransanı neytrallaşdıran bir tərəf kimi çıxış edirdi.

A.Əliyevin sözlərinə görə, əvvəlcədən proqnozlaşdırıldığı kimi bu görüşdə hansısa bir sülh sazişinin imzalanması gözlənilmirdi:

“Ona görə ki, bu formatda birinci görüş keçirilirdi və tərəflər hər iki ölkə tərəfindən irəli sürülən şərtləri, sülh gündəliyi və motivlərini, maraq və ziddiyyət yaradan amillərlə tanış olmalı idilər. Məhz bu səbəbə görə bu görüşdə sülh sazişinin imzalanması gözlənilmirdi. Lakin görüşdən dərhal sonra Ermənistan baş naziri tərəfindən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya olunması,1975-ci il xəritəsinə uyğun həyata keçirilməsi haqqında bir daha bəyanat verildi. Bu onu deməyə əsas verir ki, tərəflər sülh sazişinin imzalanmasında israrlıdır. Hər iki tərəfdən pozitiv cavablar var ki, sülh sazişi qısa bir müddət ərzində imzalansın”

O qeyd edib ki, bu yaxınlarda Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinləri səviyyəsində yeni görüş keçiriləcək ki, orada hər iki dövlət tərəfindən sərhədlərin delimitasiya və demarkasiya olunması, eyni zamanda kommunikasiya xətlərinin açılması da müzakirə olunacaq:

“Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın günlərdə Vaşinqtonda da görüşü olacaq. Görünən odur ki, həm Azərbaycan, həm Ermənistan siyasi rəhbərliyi sülh sazişinə hazır olduqlarını bir daha bəyan etdilər və bu istiqamətdə işlərin aparılmasında müsbət tendensiyalar nəzərə çarpır”.

Politoloq nəzərə çatdırıb ki, qarşıdan 21 iyulda Brüssel görüşü gəlir. Ehtimal olunur ki, bu qeyri-rəsmi beştərəfli görüşdən sonra tərəflər yekun sülh sazişini məhz Brüssel görüşündə müzakirə edib, oktyabr ayında İspaniyada keçirilən görüşdə isə imzalaya bilərlər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =