Bu ərazilərdə ev kirayələmək QADAĞAN OLUNDU
Publika.az xəbər verir ki, Florensiyanın meri Dario Nardella bu barədə açıqlama verib.
O bildirib ki, Florensiyanın tarixi şəhər mərkəzində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən xüsusi ərazi kimi müəyyən edildiyi üçün yaşayış evlərinin qısamüddətli kirayəsi dayandırılacaq.
İtaliyanın prezidenti Nardella, bu tədbirin məqsədinin “Airbnb” və digər qısamüddətli və tətil yerlərinin Florensiyanın tarixi şəhər mərkəzini bu şəkildə boşaltmasını dayandırmaq və yerli yaşayış ərazilərini qorumaq olduğunu deyib.
Florensiyanın tarixi şəhər mərkəzində hazırda 8500 evin bu şəkildə istifadə edildiyi bildirilir.
Publika.az