Cənində Qüds batalyonlarının anti-sionist əməliyyatları
Sionist rejimin Nablus, Cənin və Hebron bölgələrinə hücumu ilə eyni vaxtda Qüds Briqadaları sionistlərin Cənin yaxınlığındakı Miraf” qəsəbəsində əməliyyat və ona doğru atışma elan edib.
Mehr Xəbər Agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, Fələstin İslami Cihad Hərəkatına bağlı Qüds Batalyonları – Cənin Briqadası Cəninin Cəlbun qəsəbəsi yaxınlığındakı Miraf qəsəbəsində anti-sionist əməliyyatlar keçirdiklərini elan edib.
Cənin Briqadası bu əməliyyatla bağlı qısa bir bəyanat yayaraq elan edib: Cənin briqadasının bölmələrindən biri Uca Allahın köməyi ilə Cəlbun şəhəri yaxınlığındakı sionistlərin Miraf qəsəbəsini ağır və davamlı atışmalarla hədəfə almağa müvəffəq olub. Döyüşçülərimiz əməliyyat yerini sağ-salamat tərk edə bilib.
Qüds Briqadaları bu bəyanatında anti-sionist əməliyyatlarla davam edəcəyini və cihad yolunun hələ də açıq və bu yolun sonunun ya qələbə, ya da şəhadət olduğunu vurğulayıb.
Eyni zamanda, işğalçı sionist rejimin əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimal-qərbində yerləşən Tulkərimdəki “Nur Şəms” düşərgəsinə hücum edib və bu, onlarla müqavimət döyüşçüləri arasında qarşıdurmaya səbəb olub. Həmçinin, işğalçı qüvvələr Nablus, Cənin və Hebronda bir sıra ərazilərə hücum edib.