Axmaq düşmən payız iğtişaşları zamanı İran millətini tanıya bilməyib

Axmaq düşmən payız iğtişaşları zamanı İran millətini tanıya bilməyib

İnqilabın rəhbəri iğtişaşlara toxunaraq buyurdu: Düşmən zənn edirdi ki, İslam Respublikasının işi bitib və onlar İran millətindən öz məqsədlərinə xidmət etmək üçün istifadə edə bilərlər, lakin axmaqlar yenə səhv etdilər və millətimizi tanıya bilmədilər.

  İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Xomeyninin (r.ə) vəfatının 34-cü ildönümündə minnətdar və sadiq insanların şanlı, nəhəng və möhtərşəm bir toplantısında mərhum İmamı İran tarixinin rəhbərlərindən biri adlandırıb və onun ölkə, İslam ümməti və dünya səviyyəsində gətirdiyi 3 böyük hadisəni izah edərək vurğulayıb:

İmamın “imanı” və “ümid”i bu böyük tarixi inkişafların proqram amili və yaradıcısı olub və “İran, milli maraqlar, iqtisadi vəziyyətin yaxşılaşması, ölkənin tərəqqisi və milli inkişafı ilə maraqlanan hər kəs və hər bir qrup və cərəyan insanların və cəmiyyətin “inamını” və “ümidini” gücləndirmək üçün əlindən gələni etməlidir.

Həzrət Ayətullah Xamenei möhtərəm İmamı son əsrlərin silahlı cəhalət dövründə ilahi missiyaların bayraqdarı adlandıraraq, bütün məmurların və insanların, xüsusən də gənclərin bu böyük şəxsiyyətin xüsusiyyətlərini bilməyə ehtiyac duymasına işarə edərək deyib:

İmam təkcə zəmanəmizin rəhbəri deyil, həm də İran tarixinin rəhbərlərindəndir ki, onu heç kim və heç bir cərəyan tarixin yaddaşından çıxara bilməyəcək və onun “təsirli, uzun və davamlı”lığını təhrif edə bilməyəcək, çünki günəş buludların arxasında gizlənə bilməz.

İmamın şəxsiyyətinin “dini elm, iman və təqva, xarakteri, qüdrət və iradə gücü, Allah yolunda inqilabı, siyasətçiliyi və bəşəriyyət sistemində transformasiya yaratmaq kimi heyrətamiz səciyyələrinə toxunaraq əlavə etdi:

  Bütün bu xüsusiyyətlər mərhum İmam Xomeynidən başqa, İran tarixinin liderlərinin heç birində görünmür. Bu səbəbdən o, daim qəlbimizdə yaşayacaq və nurlu siması hər kəsə aydın şəkildə tanıtdırılacaqdır.

İnqilab Rəhbəri İmamın İranda, İslam ümmətində və dünyada yaratdığı misli görünməmiş inkişafları izah edərkən deyib: İmam İslam İnqilabını yaratmaq və onun qələbəsini xalqın əlində saxlamaqla monarxiyanın siyasi quruluşunu dəyişdirdi.

Milli qüruruna arxalanaraq dinə zidd rejimi İslam quruluşuna, tiranlığı azadlığa, şəxsiyyətsizliyi milli kimliyə çevirdi.

Həzrət Ayətullah Xamenei İmamın İslam ümməti səviyyəsində gətirdiyi yeniliklərin miqyasını açıqlayarkən, İslam ümmətində islami oyanış, hərəkətlilik və nisbi hazırlığın yaradılmasına və Fələstin məsələsinin İslam ümmətinin prioritet məsələsinə çevrilməsinə işarə edərək buyurub:

İmam Fələstin xalqının depressiyaya düşmüş bədəninə yeni nəfəs verdi və hazırda Beynəlxalq Qüds günü təkcə İranda deyil, qeyri-islam ölkələrinin paytaxtlarında da məzlum fələstinlilərə dəstək məqsədilə keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + twelve =