İsmayıl Həniyyə Qahirəyə daxil oldu
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri yüksək rütbəli nümayəndə heyətinin başında Misir paytaxtına daxil olub.
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə axşam (şənbə) Misirə gəlib.
Fələstin İslami Müqavimət Hərəkatının internet saytı elan edib ki, İsmayıl Həniyyənin başçılıq etdiyi nümayəndə heyəti Qahirənin dəvəti ilə siyasi məsələləri müzakirə etmək üçün Misirə gəlib.
Bu açıqlamaya görə, HƏMAS-ın siyasi ofisinin sədr müavini Saleh Əl-Əruri, HƏMAS-ın Fələstin hüdudlarından kənardakı rəhbəri Xalid Məşəl, bu hərəkatın yüksək vəzifəli üzvlərindən Xəlil Əl-Həyyə və Ruhi Muştəha İsmayıl Həniyyəni səfərdə müşayiət ediblər.
Fələstin İslami Cihad Hərəkatı da şənbə günü elan edib ki, bu hərəkatın baş katibi “Ziyad Ən-Nəxalə” Fələstin məsələlərini müzakirə etmək üçün Qahirəyə gəlib.
Daha əvvəl məlumatlı mənbə “Anadolu” xəbər agentliyinə bildirib ki, Həniyyə Qahirədən Fələstin məsələsi, Qəzza zolağının yenidən qurulması və fələstinli qrupların barışması ilə bağlı məsələləri müzakirə etmək üçün dəvət alıb.