Sionist ordusunun “məğlubedilməzlik mifi” məhv edildi

Sionist ordusunun “məğlubedilməzlik mifi” məhv edildi

İbrani saytı üç sionist əsgərin Misir əsgəri tərəfindən öldürülməsinə reaksiya verib.

Mehr xəbər agentliyinin Sputnik-ə istinadla verdiyi xəbərə görə, ibrani dilli “Walla” internet saytı Misir və işğal olunmuş Fələstin arasındakı ümumi sərhəddə bir misirli əsgərin üç sionist əsgəri öldürülməsinin “sionistlərin məğlubedilməzliyi mifi”ni məhv etdiyini bildirib.

Bu hesabatda bildirilir ki, Misir və işğal olunmuş Fələstin arasında ortaq sərhəddə baş verən təhlükəsizlik insidentindən və daha bir əsgərin yaralanması ilə birlikdə üç sionist əsgərin həlak olmasından sonra sionist rejim ordusunun yenilməzliyi mifi anlayışı məhv edilib.

Sionist hərbi mənbələrə istinadən bu hesabatın davamında sionist kabinetin Misirlə ortaq sərhədləri qorumaq üçün milyardlarla şekel (sionist rejimin pul vahidi) xərclədiyi bildirilir.

Walla saytının məlumatına görə, Misir əsgərrinin sionist əsgərləri hədəfə alması Təl-Əviv və Qahirə arasında ikitərəfli münasibətlərdə müstəsna hadisədir.

Bundan əvvəl Kan İvrit şəbəkəsi Misirlə sərhəddə baş verən hadisəni sionist ordusu üçün böyük təhlükəsizlik uğursuzluğu kimi qiymətləndirib.

Bu sionist şəbəkə bu barədə xəbər verib: Misir əsgəri asanlıqla sərhəd bölgələrinə çataraq iki müxtəlif yerdə iki əsgəri, sonra isə bu bölgəyə çatan İsrail ordusunun digər dəstək qüvvələrinə pusqu quraraq daha bir nəfəri öldürüb və bir neçə əsgəri yaralayıb.

 “Times of Israel” xəbər saytının müxbiri də elan edib: Misirlə sərhəddə baş verən təhlükəsizlik hadisəsi çox təhlükəli olub və yaxın vaxtlarda bu barədə ətraflı məlumat dərc edəcəyik.

Bildirilir ki, şənbə günü Nitsana sərhəd-keçid məntəqəsində (Misir və işğal olunmuş ərazilər arasındakı sərhəd) təhlükəsizlik hadisəsində bir misirli əsgər üç sionist əsgəri öldürə bilib və özü də sionist əsgərlərlə toqquşmada həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 17 =