Dünyanın ən böyük şəhərlərindən biri su altında qalacaq
Dünyanın ən məşhur şəhərlərindən biri – Nyu-York göydələnlər tərəfindən su altında qala bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərdəki bir milyondan çox binanın ümumi çəkisi təxminən 1,5 trilyon tondur.
Mütəxəssislərin fikrincə, Nyu-York hər il 1-2 millimetr sürətlə su altında batır.
Qeyd edək ki, əriyən buzlaqlar daşqın riski səbəbindən dünyada milyonlarla insanı təhdid edir. Bu baxımdan hazırda ən təhlükəli ölkələr Hindistan, Pakistan, Peru və Çindir.
Lent.az