HƏMAS: Fələstin əməliyyatlarının davam etdirilməsi müqavimətin köklü olduğunu sübut edir

HƏMAS: Fələstin əməliyyatlarının davam etdirilməsi müqavimətin köklü olduğunu sübut edir

HƏMAS liderlərindən biri bəyan edib: İşğal olunmuş Fələstində müqavimət əməliyyatlarının dinamikası müqavimətin köklü olduğunu göstərir.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) liderlərindən olan Hişam Qasim mediaya müsahibəsində vurğulayıb:

Son günlər işğal altındakı Fələstində müqavimət əməliyyatlarının dinamikası və İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionist yaşayış məntəqələrinə hücumlarla yanaşı Nablus, Cənin, Qəlqəliyyə, Ramullah və Beytül-Müqəddəsdə işğalçı qüvvələrin hədəfə alınması işğalçıların onu məhv etmək üçün bütün repressiv tədbirlərinə baxmayaraq, müqavimətin köklü olduğunu göstərir.

Sionist mühacirlər tərəfindən Nablus və Hebron şəhərlərində Fələstin xalqına qarşı törədilən və bir sıra müdafiəsiz insanların şəhadətinə səbəb olan təcavüz və cinayətlərə toxunan bu HƏMAS üzvü İordan çayının qərb sahilində mühacirlərin fələstinlilərə qarşı cinayətlərinə mümkün qədər cavab verilməsini istəyib.

O, işğalçıların müqavimət qüvvələrini sıxışdırmaq və manipulyasiya etmək üçün İordan çayının qərb sahilinin şimalında geniş yayılmış təcavüz təhdidlərini yalnız müqavimətin hərəkətlərinin artmasına səbəb ola biləcək absurd iddialar kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + sixteen =