Haitidə daşqın nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb
Güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 42-yə çatıb.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin hakimiyyət orqanları məlumat yayıb
Daha əvvəl 15 nəfərin öldüyü bildirilirdi.
Təbii fəlakət nəticəsində onlarla insan yaralanıb və ya itkin düşüb, 13 mindən çox ev su altında qalıb.
Humanitar təşkilatlar evsiz insanlara ərzaq çatdırır. Ölkənin bəzi bölgələrində kənd təsərrüfatına ciddi ziyan dəyib.
Report.az