Konqresmen: FTB Baydenin korrupsiyada mümkün iştirakını araşdırır
Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Co Baydenin korrupsiyada mümkün iştirakı ilə bağlı araşdırma aparır.
APA-nın məlumatına görə, bunu bazar ertəsi keçirdiyi mətbuat konfransında ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer deyib.
O bunları FTB əməkdaşlarının Kapitoli təpəsində özü və komitənin digər üzvləri üçün keçirdiyi qapalı brifinqin sonunda jurnalistlərin suallarını cavablandırarkən edyib.
Apa.az