Fələstin: Sionist rejim uşaq hüquqlarını pozanlar siyahısına daxil edilməlidir

Fələstin: Sionist rejim uşaq hüquqlarını pozanlar siyahısına daxil edilməlidir

Fələstinin BMT-dəki daimi nümayəndəsi bu gün deyib: Bu beynəlxalq təşkilat sionist rejimi “silahlı münaqişələr zamanı məqsədyönlü şəkildə uşaqların hüquqlarını pozan rejimlər” siyahısına daxil etməlidir.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur çərşənbə axşamı bu təşkilatın baş katibi Antonio Quterreşdən sionist müvəqqəti rejimin fələstinli uşaqlara əleyhinə hərəkətlərinə qarşı tədbir görməsini istəyib.

Bu gün Osloda toplantı keçirilib və toplantıda məqsəd silahlı münaqişələrdə olan uşaqları himayə etməkdir.. Görüş Norveç Xarici İşlər Nazirliyi tərəfindən UNICEF, Beynəlxalq Qızıl Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Mənsur bu görüşdə BMT baş katibinə xəbərdarlıq edib ki, sionist rejimi silahlı münaqişələrdə uşaq hüquqlarını pozan rejimlər siyahısına daxil edilməlidir.

2015-ci ildən 2020-ci ilə qədər sionist hərbçilər 6700-dən çox fələstinli uşağı şəhid edib və ya yaralayıb. Bununla belə, BMT-nin baş katibi heç vaxt İsrail ordusunu silahlı münaqişələrdə uşaqların hüquqlarını pozduğuna görə “Qara siyahısı”na daxil etməyib.

Sionist rejimin son cinayətində bir fələstinli körpə İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində açdığı atəş nəticəsində ağır yaralanıb və bu atışmada, həmçinin onun atası da yaralanıb. Sözügedən uşaq aldığı xəsarətlər ağır olduğundan şəhid olub.

Bu hadisə sionist qüvvələrin işğal altındakı İordan çayının qərb sahilində Ramullahın şimal-qərbində yerləşən “Nəbi Saleh” kəndində hərbi pusqularının nəticəsidir. Bu şəhərin fəallarından biri bildirib ki, sionist qüvvələr kəndin girişini bağlayıb və bir avtomobilə atəş açıblar. Bu iki yaşlı uşaq başından ağır yaralanıb.

Fələstinin BMT-dəki daimi nümayəndəsi BMT-yə üzv dövlətlərdən sionistləri bu əməllərdənçəkindirmək və onları məsuliyyətə cəlb etmək üçün mühüm addım ola biləcək bu mənəvi, siyasi və hüquqi hərəkəti müdafiə etmələrini istəyib.

Bu fələstinli rəsminin sözlərinə görə, OCHA ötən il İordan çayının qərb sahilində 2006-cı ildən bəri uşaqlar üçün ən qanlı il olduğunu bildirib. Çünki sionist rejim 40-dan çox fələstinli uşağı şəhid edib.

Fələstin mediasının məlumatına görə, 2023-cü ilin əvvəlindən sionist qüvvələr ən azı 158 fələstinlini şəhid edib. Onlardan 26-sı sionist rejimin zorakılığı nəticəsində şəhid olmuş uşaqlardır.

Şəhidlərin sayına, həmçinin, sionist rejimin mayın 9-dan 13-dək mühasirədə olan Qəzzə zolağına 4 günlük hücumu nəticəsində şəhid olan 36 fələstinlini də əlavə etmək lazımdır.

Sionist rejimin 1967-ci il müharibəsində işğal etdiyi İordan çayının qərb sahili və işğal altındakı Şərqi Qüdsün yaşayış məntəqələrində 700 mindən çox sionist yaşayır.

Sionist işğal rejimi Fələstin müqavimət rəsmilərini hədəfə almaqla öyündüyü halda, Qəzzə zolağında çəkilmiş fotoşəkillər və səhra hesabatları göstərir ki, bu sui-qəsdlər həm də qadın və uşaqlar da daxil olmaqla, çoxlu sayda fələstinli mülki şəxsin şəhid olması ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + twelve =