Ənsarullah Səudiyyə Ərəbistanında üç gəncin edam edilməsini pisləyib

Ənsarullah Səudiyyə Ərəbistanında üç gəncin edam edilməsini pisləyib

Yəmənin Ənsarullah hərəkatının siyasi ofisi verdiyi açıqlamada Səudiyyə Ərəbistanının Əl-Qətifdə üç gənci edam etməsini pisləyib.

“Əl-Məsirə” saytının xəbərinə görə, Ənsarullah hərəkatının bəyanatında Səudiyyə rejiminin bu cinayətə görə məsuliyyət daşıdığı bildirilir. Ənsarullah beynəlxalq ictimaiyyətin və insan haqları təşkilatlarının bu üç gəncin edamına qarşı susmasını da pisləyib.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bu yaxınlarda bu ölkənin şərqindəki Qətif şəhərindən olan üç gəncin edam edildiyini açıqlayıb.

Şərqi Səudiyyə Ərəbistanı əsasən şiədir və əhalisi ümumiyyətlə siyasi səbəblərdən həbs edilir və mühakimə olunur.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin açıqlamasına görə, bu üç gəncin adı “Heydət ibn Həsən ibn Abdullah Muvis”, “Həsən ibn İsa ibn Əhmed Əl-Məhna” və “Məhəmməd ibn İbrahim ibn Cəfər Uveys”dir. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin iddiasına görə Qətifdən olan bu üç gəncin bu ölkə xaricindəki anti-Səudiyyə Ərəbistanı qruplarından birinə aid kazarmada silahla təlim keçdiyi və bomba hazırladığı bildirilir, lakin Səudiyyə müxalifət mənbələri səbəbi sırf siyasi hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =