650 il əvvəl batan əfsanəvi şəhər tapıldı

650 il əvvəl batan əfsanəvi şəhər tapıldı

Publika.az xəbər verir ki, rəvayətə görə, şəhər əhalinin günahları ucbatından 1362-ci ildə bir gecədə fırtınadan sonra batıb.

Qutenberq Universitetinin saytı xəbər verir ki, mütəxəssislər Şimal dənizinin sahilyanı rayonlarının alman sularının xəritəsini tərtib ediblər. Sonra bir sıra müasir üsullar tətbiq edilib. Nəhayət, dənizin dibindən torpaq nümunələri götürülərək tədqiq edilib.

Bundan sonra Südfall adasının yaxınlığında orta əsrlərə aid terplər silsiləsi, yəni yaşayış məntəqələrinin süni kurqanları aşkar edilib.

Arxeoloqlar dənizin dərinliklərində drenaj sistemləri şəbəkəsi, bənd və bir neçə kiçik kilsə də daxil olmaqla başqa binaların qalıqlarını tapıblar. Mütəxəssislər belə qənaətə gəliblər ki, bunlar həqiqətən də orta əsr Runqolt şəhərinin qalıqlarıdır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + three =