İşğal olunmuş Fələstin torpaqlarının cənubunda güclü partlayış baş verib

İşğal olunmuş Fələstin torpaqlarının cənubunda güclü partlayış baş verib

İşğal altındakı Fələstin torpaqlarının cənubunda böyük partlayış səsi eşidilib və göydə göbələk şəklində qalın tüstü görünüb.

  Sionist media bu gün axşam saatlarında (çərşənbə günü) işğal olunmuş Fələstin torpaqlarının cənubunda böyük partlayışın baş verməsi barədə məlumat yayıb.

Sionist mənbələr bildiriblər ki, işğal olunmuş Fələstinin cənubundakı Kiryat Qat şəhəri yaxınlığında güclü partlayış səsi eşidilib və qalın göbələk şəkilli tüstü görünüb.

Sionist Kan şəbəkəsi qısa hesabatında bu partlayışın böyük olduğunu və onun təfərrüatlarının araşdırıldığını yazıb. Kan əlavə edib ki, partlayış təlim bazasında baş verib.

Bəzi sionist mediaları partlayışın sionist ordusunun təlimi zamanı baş verdiyini iddia edirdilər, lakin sionist “Vala” saytının hərbi müxbiri Amir Bukbout öz Twitter hesabında yazıb ki, əgər təlim olubsa, niyə mühacirlərə məlumat verilməyib.

Bu xəbərin dərci anına qədər sionist rejimin hərbi rəsmilərindən heç biri bu barədə açıqlama verməyib.

Sionist rejimin mənbələri bu gün səhər də Ramat-Həşəron şəhərində “Elbeit” kimi tanınan sionist sursat sənayesi fabrikində baş verən partlayışdan xəbər veriblər.

Sionist “Jerusalem Post” qəzeti Tel-Əviv şəhərində sionist rejimin ən böyük silah istehsalçısı olan və bu rejimin pilotsuz təyyarələrinin 85%-ni istehsal edən Elbit Systems fabrikinin daxilində güclü partlayışın baş verdiyini xəbər vermişdi.

  Hadisə yerinə təcili yardım maşınları göndərildikdən sonra bəzi mənbələr qaz balonunun partladığını və yanğının başladığını bildirib.

Bəzi mənbələr partlayış nəticəsində yaralananların olduğunu bildirsələr də, daha ətraflı məlumat verməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − ten =