MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb

MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasının yekunları üzrə 19 sənəd imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini – Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında bildirib.

“Bugünkü iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb”, – o deyib.

A.Manilov qeyd edib ki, əsas sənəd Birlik ölkələrinin xarici sərhədlərindəki vəziyyəti əks etdirir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 19 =