Qərb müttəfiqləri köhnə F-18-lərin F-16-larla birlikdə Kiyevə təhvil verilməsini müzakirə edir

Qərb müttəfiqləri köhnə F-18-lərin F-16-larla birlikdə Kiyevə təhvil verilməsini müzakirə edir

Qərb müttəfiqləri köhnə F-18 qırıcılarının F-16-larla birlikdə Kiyevə təhvil verilməsini müzakirə edirlər.

APA-nın verdiyi xəbərə görə, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin iki mənbəsinin məlumatına görə, müttəfiqlər Kiyevə kimin F-16 qırıcıları tədarük edəcəyi ilə bağlı danışıqlar apararkən, F-18-lərin Kiyevə mümkün tədarükü ilə bağlı ilkin müzakirələr gedir.

Mənbələrin bildirdiyinə görə, Ukraynaya onlarla köhnə, lakin istismara yararlı F-18 göndərilə bilər ki, bu da yaxın vaxtlarda ixrac üçün hazır olacaq.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + seventeen =