Hindistan, Fransa və BƏƏ Oman körfəzində təlim

Hindistan, Fransa və BƏƏ Oman körfəzində təlim

keçirir

Hindistan, Fransa və Birləşmiş Ərəb Əmirlikləri donanmaları Oman körfəzində ilk üçtərəfli təlim keçirir.

APA xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd edilib ki, iki gün davam edəcək təlimlər zamanı yerüstü döyüş əməliyyatları, o cümlədən taktiki atəş və yerüstü raket təlimləri, vertolyotların eniş əməliyyatları, təkmil hava hücumundan müdafiə və eniş əməliyyatları kimi geniş spektrli dəniz əməliyyatları həyata keçiriləcək.

Təlimlər üç ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 10 =