Qırğızıstan milli valyutasını özü çap edəcək

Qırğızıstan milli valyutasını özü çap edəcək

Qırğızıstan yaxın vaxtlarda ölkə daxilində milli valyutanın (Qırğız somu) çapına başlayacaq.

“Report” “Sputnik-Qırğızıstan”a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Sadır Japarov milli valyutanın dövriyyəyə buraxılmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib.

S.Japarov xatırladıb ki, Qırğızıstan öz milli valyutasını dövriyyəyə buraxan ilk keçmiş İttifaq dövlətlərindən biri olub.

Fevralda o, milli valyutanın çapı üçün lazımi avadanlıqların artıq alındığını bildirmişdi.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =