“El Nino” başladı: Dünyanı bu fəlakətlər gözləyir

“El Nino” başladı: Dünyanı bu fəlakətlər gözləyir

Publika.az xəbər verir ki, rəsmilər bu ilin dünyanın ən isti ili olacağını bildiriblər.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) verdiyi açıqlamada bütün planetə təsir edən hava hadisəsinin önümüzdəki aylarda tədricən təsirini artıracağı bildirilib.

NOAA-dan İqlim Mütəxəssisi Mişel L’Heureux verdiyi açıqlamada “El Nino”-nun gücündən asılı olaraq dünyanın bəzi yerlərində quraqlıq riskinin artması və güclü yağış kimi müxtəlif mənfi təsirlərə səbəb ola və temperatur rekordunun yaşana biləcəyini deyib.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) isə may ayında Sentinel-6 Michael Freilich adlı peykdən alınan məlumata görə, Sakit Okeanın ekvatorial hissəsində “El Nino”nun inkişaf əlamətlərinin olduğunu açıqlamışdı.

“El Nino”nun Afrika, Avstraliya və Asiya qitəsinin bəzi bölgələrində quraqlığa, Hindistanda musson yağışlarının zəifləməsinə, Amerikanın cənub və mərkəzi hissələrində güclü yağışlara səbəb olacağı gözlənilir.

İngilis elm adamları da bildiriblər ki, “El Nino” 2023-cü ilin sonunda ən güclü vəziyyətə gələcək və 2024-cü ildə ən yüksək temperatur rekordu qeydə alınacaq.

ABŞ Milli Meteoroloji Xidməti bildirir ki, “El Nino” hava hadisəsi ekvatorun yaxınlığında Sakit okeanın mərkəzi və şərq hissələrində orta hesabla hər 2-7 ildən bir baş verən orta dəniz səthinin temperaturu ilə özünü göstərən iqlim hadisəsidir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =