Sionist əsgərlər şokerlə fələstinli qıza hücum edib-Video

Sionist əsgərlər şokerlə fələstinli qıza hücum edib-Video

Sionist əsgərlər fələstinli qıza soyuq silahla hücum etməyə cəhd bəhanəsi ilə şokerlə hücum ediblər.

Sionist rejim qüvvələri Nablusda (İordan çayının qərb sahilinin şimalında) Həvara bölgəsində şokerlə fələstinli qıza hücum edib.

Sionist mənbələr bu fələstinli qızın Nablusun cənubunda soyuq silahlarla sionist əsgərlərə hücum etməyə çalışdığını iddia edib.

Bəzi mənbələr sionist əsgərlərin bu fələstinli qızı həbs edərkən ona atəş açdıqlarını da qeyd ediblər.

Fələstin mənbələri sionist əsgərlərin fələstinli qıza hücum etdikdən sonra onu təhqir etdiyini bildiriblər.

Çərşənbə günü Fələstin xəbər mənbələri də işğal altındakı Qüds şəhərində sionist işğalçının yaralanması ilə nəticələnən şəhadət əməliyyatı haqqında məlumat yayıblar.

Sionist Ordunun Radiosu bu əməliyyat zamanı bir “Haredi” mühacirin kürəyindən bıçaqla ağır yaralandığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 14 =