Hizbullah: Müqavimət gərginliyin istənilən ehtimali artmasına hazırdır

Hizbullah: Müqavimət gərginliyin istənilən ehtimali artmasına hazırdır

Livanın Hizbullah hərəkatına bağlı “Əl-Vəfa lil-müqavəmə” fraksiyasının üzvü “Kəfr Şuba” bölgəsində yaşanan gərginliyə və sionist qüvvələrin Livan torpağına təcavüzünə reaksiya verib.

Müqavimətin “Əl-Vəfa” fraksiyasının üzvü Əli Fəyyaz müqavimətin Kəfr Şuba təpələrində baş verən hadisələri diqqətlə izlədiyini vurğulayıb.

O, əlavə edib ki, müqavimət bu regionda gərginliyin istənilən ehtimali artmasına hazırdır və heç vaxt İsrail düşməninin təcavüzünü davam etdirməsinə imkan verməyəcək.

Fəyyaz Əl-Mənar ilə müsahibədə vurğulayıb: “Sionist düşmən bilir ki, qırmızı xətləri keçməkdə israr etmək ona baha başa gələcək.”

O, cənub bölgəsində baş verən proseslərlə bağlı ordunun mövqeyini yüksək qiymətləndirib və bildirib ki, xalq hərəkatları həm də suverenliyin müdafiəsi ilə bağlı sabit mövqe üzərində qurulub.

İşğalçı rejim qüvvələri cümə günü səhər Livan ordusunun yerləşdiyi yerin yaxınlığında gözyaşardıcı qazdan istifadə edib və sionistlərin bu hərəkətinin ardınca Kəfr Şuba bölgəsinin əhalisi işğalçı qüvvələrlə toqquşub.

Bu xəbərin davamında deyilir: Livan ordusu Kəfr Şuba sərhəd məntəqəsində və işğalçı rejim əsgərləri qarşısında döyüş mövqeyi tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 1 =