Livan İsrail ordusuna Kəfr Şubada tikanlı məftilləri sökmək üçün bir həftə vaxt verib

Livan İsrail ordusuna Kəfr Şubada tikanlı məftilləri sökmək üçün bir həftə vaxt verib

Livan parlamentinin üzvü bəyan edib ki, İsrail ordusuna Kəfr Şubada tikanlı məftilləri sökmək üçün bir həftə vaxt verilib.

Livan parlamentinin üzvü Qasim Haşim vurğulayıb ki, sionist rejimin Kəfr Şubada təcavüzü davam edərsə, Livanın cənubunda xalq hərəkatları yenidən başlayacaq.

Haşim deyib: “Biz Kəfr Şubada tikanlı məftilləri götürmək üçün UNIFIL-ə İsrailin tikanlı məftilləri sökməsi üçün bir həftə vaxt vermişik, əks halda cənubda hərəkatlar yenidən başlayacaq.”

Keçən cümə günü sionist ordusunun Kəfr Şuba və Əl-Ərqubda qazıntı işləri aparmasından sonra bu iki qəsəbə livanlı etirazçılarla sionist əsgərlər arasında münaqişənin şahidi olub.

Bununla əlaqədar olaraq Livan ordusu özünün Tvitter hesabında yazıb ki, ordu qüvvələri sionist düşmənlə qarşılaşmaq üçün Kəfr Şuba sərhəd bölgəsinə yerləşdirilib.

 “Şahab News” saytının xəbərinə görə, Livan ordusu sionist rejimin tankını RPQ ilə nişan alan əsgərlərindən birinin şəklini də dərc edib.

Həmçinin, Livan mediası UNIFIL-in (Birləşmiş Millətlər Təşkilatının Livanda Sülhməramlı Qüvvələri) sözçüsünə istinadən xəbər verib ki, o, bütün tərəfləri anlaşılmazlıqların qarşısını almaq və Kəfr Şubada sabitliyi qorumaq üçün koordinasiya mexanizmindən istifadə etməyə çağırıb və mavi xəttdə bütün tərəflərdən təmkinli olmaq və hər hansı bir gərginlikdən qaçmağı tələb edib.

Kəfr Şuba sakinləri də sionist rejimin buldozerlərinə qarşı dayanan və onların bu ərazidə qazıntı işlərinə mane olan livanlı çoban İsmayıl Nasirlə həmrəylik əlaməti olaraq bu ərazidə nümayiş keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =