Hizbullah qarşıdakı müharibədə hər gün İsrailə 2000 raket atacaq

Hizbullah qarşıdakı müharibədə hər gün İsrailə 2000 raket atacaq

Sionist zabitlərdən biri Livan Hizbullahının imkanlarının gücləndirilməsi ilə bağlı xəbərdarlıq edib və bildirib ki, yeni müharibə olacağı təqdirdə Hizbullah işğal olunmuş ərazilərə doğru 2000 raket atacaq.

Mehr Xəbər Agentliyinin Şahab News internet saytına istinadən verdiyi məlumata görə, Sionist Ordunun Hərbi Kəşfiyyat Bölməsinin keçmiş zabiti Cak Niria etiraf edib: Livan Hizbullahı ilə yeni müharibə başlayacağı təqdirdə hər gün İsrailə ( işğal olunmuş ərazilər) 2000 raket atılacaq.

O, əlavə edib: Son günlər Hizbullahın mövqelərinin monitorinqi göstərir ki, onların Əl-Cəlilə (işğal olunmuş ərazilərin şimalına) nüfuz etmək üçün əməliyyatlar həyata keçirmək əzmi keçmişlə müqayisədə daha da ciddiləşib.

O, sionist rejimin də Livan Hizbullahına qarşı əməliyyat planları olduğuna işarə edərək deyib:

Livan Hizbullahının Qiryat Şamutadan Nəhariyaya qədər olan əraziləri əhatə edən şimali Əl-Cəlilin bir hissəsinə nəzarət etmək planı var.

Bu, Hizbullahın 2011-ci ildən bəri əlində olan plandır və üç istiqamətdə Əl-Cəlilə daxil olmaq üçün Rizvan xüsusi təyinatlı qüvvələrinin beş bölməsindən istifadə etmək niyyətindədir.Məncə, gələcək döyüşlərdə bu əməliyyat strategiyasından istifadə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =