Sionist əsgərlər Misir sərhəddində xidmət etməkdən imtina edir

Sionist əsgərlər Misir sərhəddində xidmət etməkdən imtina edir

Sionist rejimin bəzi mənbələri bir misirli əsgərin son hücumu və bu rejimin üç əsgərinin həlak olmasından sonra bu rejim əsgərlərinin Misir sərhəddində xidmət etməkdən imtina etdiklərini bildiriblər.

Sionist rejimin “Bardlas” batalyonundan olan əsgərləri son günlər Misir sərhəddində 12 saatlıq xidmətdən imtina ediblər.

Misir əsgəri “Məhəmməd Səlah” şənbə günü səhər (3 iyun) sionist əsgərlərlə toqquşmada onlardan üçünü öldürüb. Bu münaqişə 1982-ci ildə sionist rejimlə Misir arasında barışıq sazişinin imzalanmasından sonra tikilmiş Nitsana keçidində səhər saat 4:30-da baş verib. İşğalçı rejimin baş naziri Benyamin Netanyahu kabinet iclasında bu hadisəni xatırladıb və Misir sərhəddində üç sionist əsgərin həlak olmasını “faciəvi terror hücumu” adlandırıb.

Sionist “Vala” internet saytı yazıb ki, sionist əsgərlər öz komandirlərinə Misir sərhədində uzun növbələrdə xidmət edə bilməyəcəklərini bildiriblər.

Sionist əsgərlər də öz komandirlərinə bildiriblər ki, hazırkı vəziyyətdə uzun müddət Misir sərhədində xidmət etmək istəmirlər və bu əmrlərin dərhal dəyişdirilməsini tələb edirlər.

 “Rəy Əl-Yəvm” qəzetinin məlumatına görə, sionist əsgərlərin Misir sərhəddində xidmət etməkdən boyun qaçırması ilə bağlı xəbər ordunun cənub komandanlığına göndərilib və nəhayət, sərhəddə mühafizə vaxtının 12 saatdan 8 saata qədər azaldılması qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =