Ordumuz Ermənistanın məxfi döyüş xəritəsini ələ keçirdi – Hərbi sirlər ifşa edildi

Ordumuz Ermənistanın məxfi döyüş xəritəsini ələ keçirdi – Hərbi sirlər ifşa edildi



Publika.az
xəbər verir ki, Ermənistanın hərbi rəhbərliyi məğlubiyyətin günahını müxtəlif zabitlərin üzərinə qoymaq məqsədilə çoxsaylı cinayət işi açıb.

Bu cinayət işlərinin birində Azərbaycan Ordusunun ermənilərin məxfi saxlanılan döyüş xəritəsini ələ keçirməsindən bəhs olunur.

Ermənistan mediası yazır ki, 11 dekabr 2020-ci il tarixində Ermənistana məxsus hərbi hissələrin birinin baş qərargah rəisi, mayor V.K. və rəhbərlik etdiyi şəxsi heyət Azərbaycan Ordusuna müqavimət göstərə bilməyib və geri çəkilməyə məcbur olub. Onlar geri çəkilərkən, məxfi döyüş xəritəsini götürməyiblər.

Azərbaycan Ordusunun ələ keçirdiyi döyüş xəritəsində Ermənistanın sərhəd boyunca bir sıra mövqeləri haqda bütün sirlər ifşa olunub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =