İtaliyada müsəlmanlara münasibət – Məscid problemi həll olundumu?

İtaliyada müsəlmanlara münasibət – Məscid problemi həll olundumu?

Publika.az xəbər verir ki, təklif İtaliya konstitusiyasının bütün qeyri-katolik dinlərin və konfessiyaların İtaliya ilə münasibətlərini tənzimləyən sazişə malik olması ilə bağlı maddəsinə istinad edərək, dövlətlə rəsmi razılaşması olmayan dinlərin ibadət yerlərinə daha çox məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur.

İslam İtaliyada dövlətlə razılaşmayan dinlərdən biri olduğundan, qanunun bu təklifi müsəlmanlara xüsusilə təsir edəcək, çünki sənaye anqarlarının, qarajların və anbarların, eləcə də bəzi özəl mağazaların məscidlərə çevrilərək ibadət yeri kimi istifadəsinə qadağa qoyur.

Təxminən 2,8 milyon müsəlman əhalisi olan İtaliyada müsəlman icmaları və müxalifət sol partiyaları təklif olunan qanuna reaksiya verib.

Bildirilir ki, parlamentin ətraf mühit komissiyasındakı müxalif sol mərkəz, Demokrat Partiyası (PD), Yaşıllar və Sol Alyans və Fəaliyyət partiyaları təklifə qarşı olduqlarını bildirərək, onun araşdırılması üçün əlavə vaxt istəyiblər.

Qeyd olunub ki, müsəlman icmaları qanun layihəsini “ayrı-seçkilik” kimi “İtaliyada İslamı marjinallaşdırmaq üçün konstitusiyaya zidd cəhd” kimi qiymətləndiriblər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + five =