Yəmən alimləri: Amerika İslam cəmiyyətlərində ailə əsaslarını hədəf alıb

Yəmən alimləri: Amerika İslam cəmiyyətlərində ailə əsaslarını hədəf alıb

Yəmən Alimlər Dərnəyi ABŞ prezidentinin ədəbsizliyə və mənəvi sapmalara açıq dəstəyini pisləyərək, bu məsələnin bu ölkənin qaçılmaz tənəzzülünə dəlalət etdiyini vurğulayıb.

Mehr xəbər agentliyinin Əl-Məsirə-yə istinadən verdiyi məlumata görə, Yəmən Alimlər Dərnəyi Amerikanın cinsi pozğunluqlar və vulqarizmi dəstəkləməsini pisləyib və bunu inkişaf və insani dəyərlər, əxlaq və saf təbiətə qarşı müharibə kimi qiymətləndirib.

Yəmən Alimlər Dərnəyi bəyanat yayıb və vurğulayıb:

ABŞ prezidentinin bu ölkə xalqının həmcinsbaz millət olduğunu deməsi və açıq şəkildə əxlaqsızlığa və vulqarlığa təşviq etməsi Amerikanın yaxınlaşan tənəzzülündən xəbər verir.

Bu dərnək müsəlman cəmiyyətinin yumşaq müharibəyə qarşı qorunmasının vacibliyini vurğulayıv və əlavə edib ki, hökumət və alimlər ailə və cəmiyyətin təhlükəsizliyi sahəsində Amerikanın təhlükəsinə görə təhsil məsuliyyətini öz üzərinə götürməlidirlər.

Yəmən Alimlər Cəmiyyətinin bəyanatının başqa bir hissəsində deyilir:

Amerika hökuməti İslam icmalarını hədəfə almağa, onların ailə və qardaşlıq münasibətlərini məhv etməyə, onların inancını və insani kimliyini təhrif etməyə çalışır.

Yəmən alimləri, həmçinin, Amerikanın bölgədəki marionet rejimlərini bu ölkənin fahişəliyi yaymaq meylinə yoldaşlıq etməməsi barədə xəbərdarlıq edərək, İslam xalqlarının xəyanət və normallaşmaya qarşı hərəkət etməli olduqlarına təkid ediblər.

Yəmən Alimlər Dərnəyi bəyanatının sonunda vurğulayıb: Biz ABŞ-ın dəyərləri və əxlaqı məhv edən, müsəlmanların dini dəyər sistemini hədəf alan yanaşma və siyasətlərinə qarşı durmalıyıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 16 =